Bu ərazilərdən sel keçəcək – Xəbərdarlıq

Bu gün gün ərzində yağışlı hava şəraiti davam edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, əsasən Qazax, Gəncə, Balakən, Şəki, Quba, Qusar, Lənkəran, Astara, zonasında yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılarla əlaqədər bəzi çaylarda sululuğun artacağı, dağ çaylarında qısamüddətli sel keçəcəyi ehtimal olunur.