15808077953849022305 1200x630

Avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan Qəsəbə 110 Kv-luq hava elektrik xəttində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti enerji fasiləsi yaranacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) bildirilib.

Bununla əlaqədar olaraq sabah saat 12:30-dan 14:30-dək rayonun Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı, 28 May küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Eenerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Paylaş: