Bu dəniz savaşı qloballaşmanın sonu olacaq – Eyxenqrin

Qloballaşmanın sıradan çıxması ilə bağlı bütün iddialar şişirdilib.

Globalinfo.az xəbər verir ki, bunu məşhur amerikalı iqtisadçı Barri Eyxenqrin deyib.

Onun sözlərinə görə, qloballaşma pandemiyanın və Ukraynadakı müharibənin nəticələri, eləcə də ABŞ lideri Cozef Baydenin Çinin müasir texnologiyalara girişini məhdudlaşdırması ucbatından da zərər görə bilər. Bununla belə, Eyxenqrin bütün bu iddiaların hamsının hələlik reallıq yox, nəzəriyyə olduğunu deyib.

Eyxenqrinə görə, Rusiya və Qərb arasında gərginlik dünya ticarətində ciddi dəyişikliklərə gətirib çıxarmayacaq:

“Dollara istiqamətlənən qlobal ticarət sistemindən çıxmağa cəhd edən ölkələr sadəcə dünya iqtisadiyyatının təkərinə bir neçə qum dənəciyi atırlar. Dollar Çinə baxmayaraq, dünya valyutası olaraq qalmağa davam edir. Dünya ticarət sisteminə ən böyük risk ABŞ və Çin arasında Cənubi Çin dənizində yaranacaq qarşıdurma ola bilər. O zaman Çinlə ABŞ-ın ticarəti dayanacaq. İkitərəfli maliyyə axınları bitəcək. Digər ölkələr hansısa tərəfi seçmək məcburiyyətində qalacaqlar və dünya iqtisadiyyatı bölünəcək. Bu, qloballaşmanın sonu ola bilər”.

Zaira Akifıqız
Globalinfo.az