Üçüncü Dünya müharibəsinə səbəb olacaq addım…

“Macarıstan və İtaliya Ukraynaya qoşun yeritməyi planlaşdırmır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, tərəflər belə bir addımın Üçüncü Dünya Müharibəsinə səbəb olacağına inanırlar.

“Həmkarım Antonio Tajani və mən Ukraynadakı hərbi vəziyyəti nəzərdən keçirdik. Biz inanırıq ki, Avropa ölkələri öz qoşunlarını Ukraynaya göndərsə, bu, Üçüncü Dünya Müharibəsinin başlaması ilə nəticələnəcək. Buna görə də, biz Ukraynaya qoşun göndərməyəcəyik”, – Siyarto vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az