Qustavo Petronun oğlu və gəlini həbs edildi

Kolumbiya Prezidenti Qustavo Petronun oğlu Nikolas Petro və onun keçmiş həyat yoldaşı Dey Vaskes həbs ediliblər. 

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, onların çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində həbs edildiyi deyilir.

Kolumbiya lideri oğlunun və keçmiş gəlininin həbsini təsdiqləyərək deyib ki, qanun qarşısında hər kəs bərabərdir. Prezident məhkəmə sisteminə müdaxilə etməyəcəyinə və təzyiq göstərməyəcəyinə söz verib.