“Brüsseldəki görüşün bəyanat mətni əvvəldən hazırlanıb və hər iki tərəflə razılaşdırılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
Onun sözlərinə görə, Brüssel bəyanatı Ermənistanın Qarabağı “satmağa davam etdiyini” göstərir:
“Ən vacib fakt odur ki, Nikol Ermənistan adından Azərbaycanın ərazi bütövlüyünü Azərbaycan SSR xəritəsi çərçivəsində tanımağa razılaşıb. Nikol Paşinyanın nə hüquqi, nə də mənəvi haqqı var ki, Qarabağdakı ermənilər adından danışsın. O, Brüsseldə faktiki olaraq Qarabağı yenə satdı”.
İlkin Həsənov
Globalinfo.az