Qarabağla bağlı məxfi sənəd aranı qarışdırdı – FOTO

Münxen Təhlükəsizlik Konfransında Azərbaycanla Ermənistan liderləri arasında keçirilən görüşdə müzakirə olunan sənədin yayılması İrəvanda narahatlığı maksimum həddə çatdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yayıb.

O, Ermənistan hakimiyyətinə yaxın media qurumlarının bunun yalan olması ilə bağlı təbliğatı gücləndirdiyini bildirib:

“Bir müddət əvvəl Armen Qriqoryan özünü və sizi eşşək yerinə qoymağa cəhd edərək bəyan etdi ki, Ermənistan heç vaxt bu cür sənədi müzakirə etməyib. Bu satqınların taktikası sadədir. Onlar yalnız inkar edirlər, aldadırlar, hətta bunu cinayət yerində tutan zaman belə edirlər. Bütün məsuliyyətimlə bəyan edirəm ki, bu sənəd autentikdir və məhz bu prinsiplər çərçivəsində Qarabağın satqın Ermənistan hakimiyyəti tərəfindən verilməsi (?) ilə bağlı danışıqlar aparılır”.

Qeyd edək ki, bundan öncə Aşotyan Əliyevlə Paşinyanın müzakirə etdiyi sənədin görüntüsünü yayıb. Sənəddə Azərbaycanın Qarabağdakı ermənilərin haqq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına uyğun olaraq müdafiəsinin həyata keçirilməsinin sülh müqaviləsinə salınacağını bildirib. Aşotyan bu sənədin rəsmi Bakının maraqlarına tam cavab verdiyini vurğulayıb.

İlkin Həsənov
Globalinfo.az