Brüssel görüşünün nəticələri Ermənistanın hakim Mülki Müqavilə Partiyasında böyük uğur kimi qəbul edilib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, partiya Ermənistanın ərazi bütövlüyünün 1991-ci il sərhədləri çərçivəsində qəbul edilməsini inanılmaz uğur kimi qəbul ediblər. Qəzetin mənbəsi bu məsələnin Bakı ilə çoxdan müzakirə edildiyini vurğulayıb.
Bununla belə, partiyada Brüsseldəki görüşün digər detallarının bəlli olmadığı və onların Paşinyanın ətraflı məlumat üçün İrəvana geri dönüşünü gözlədikləri vurğulanıb.
İlkin Həsənov
Globalinfo.az