Bred Pitt və Ancelina Colinin övladlığa götürdüyü oğlu Noks Coli-Pitt atasının soyadını daşımaqdan imtina edib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Page Six” portalı məlumat yayıb.
Nəşr mənbəyə istinadən bildirir ki, məktəbi bitirmək barədə attestatda tanınmış aktyorun soyadı göstərilməyib.
“Bred Pitt və Ancelina Colinin oğlu Noks məktəb attestatındakı soyadından “Pitt” hissəsini çıxarmaq qərarına gəlib”, – deyə məlumatda vurğulanır.