Braziliyada 26 ştatdan 25-də və ölkənin paytaxtının daxil olduğu federal dairədə elektrik
Globalinfo.az xəbər verir ki, ölkənin cənubu, cənub-şərqi ilə şimal və şimal-qərbi arasında sistemdə əlaqənin kəsilməsinə səbəb olan nasazlığın səbəbləri araşdırılır.
Məlumata görə, San-Pauluda elektrik problemi bir neçə metro xəttinə təsir edib. Şimal-şərqdəki Bahia ştatının paytaxtı Salvador şəhərində metro sərnişinləri relslər boyu gəzməyə məcbur olublar.
Braziliyanın bir çox böyük şəhərlərində işıqforlar fəaliyyətini dayandırıb.
Elektrik enerjisinin kəsilməsi təkcə vahid sistemə qoşulmayan Rorayma ştatına təsir etməyib.
Artıq ölkənin cənubunda, cənub-şərqində və qərbində elektrik enerjisinin verilişinin bərpa edildiyi bildirilib.