AP25160657483674

Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfrans təxirə salınıb. Daha əvvəl planlaşdırıldığı kimi iyunun 17-də BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, konfrans logistika və təhlükəsizlik səbəbləri, o cümlədən Fələstin rəhbərlərinin BMT-yə gələ bilməməsi səbəbindən təxirə salınıb.

“Bununla belə, konfrans mümkün qədər tez keçiriləcək. Yaxın günlərdə, xüsusən Səudiyyə Ərəbistanı da daxil olmaqla region liderləri ilə əməkdaşlıq çərçivəsində yeni tarix müəyyən olunacaq”, – deyə Makron bildirib.

Fransa lideri qeyd edib ki, bu məsələ ölkəsinin Fələstin dövlətini tanımaq niyyətini dəyişməyəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: