robot

“Robotlar 2-5 il ərzində fiziki əməyin demək olar ki, hamısını əvəz edə bilər. Artıq süni intellektin inkişaf tempi sürətlənib və robotlara yeni tapşırıqları insanlardan daha sürətli öyrətmək artıq mümkündür”.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın robototexnika şirkəti “Neura Robotics”in təsisçisi Devid Reger “Bloomberg Business” kanalına verdiyi müsahibədə deyib.

Onun proqnozuna görə, yaxın illərdə robotlaşdırma demək olar ki, istənilən fiziki işi əhatə edə bilər. İlk növbədə söhbət istehsalatdan və çoxlu sayda əl əməyinin, eləcə də təkrarlanan əməliyyatların olduğu digər sahələrdən gedir.

Bununla belə, Regerin açıqlamasının şirkət rəhbərinin proqnozu olduğu, əmək bazarının inkişafı ilə bağlı təsdiqlənmiş ssenari olmadığı vurğulanır.

Paylaş: