1bfc4f0f 6127 4c4e 8af3 be84be13435d

“İranın İraq, Suriya və Pakistana raket hücumları İsrailə xəbərdarlıqdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, Tehran İraq, Suriya və Pakistana raketlər ataraq müxtəlif hədəflərə, o cümlədən İsrailin casus bazasına zərbələr endirib. Hücumlar Tehranın Hörmüz boğazı yaxınlığında “əzələ” nümayişindən bir neçə gün sonra baş verib. Bu, Qırmızı dənizdə qlobal gəmiçiliyin fəaliyyətini dayandırıb.

Nəşr yazıb ki, İranın atdığı addım onun Yaxın Şərqdəki münaqişə fonunda hərəkətsiz qaldığını və münaqişədən qaçmağa çalışdığını söyləyənlərə kəskin cavab olub. Yəni İran dünyaya, xüsusən də İsrailə elan edib ki, məcbur qalarsa, döyüşməyə hazırdır.

Məlumatda o da bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu hədəflərini vurmaq üçün lazım olduğundan daha uzun mənzilli raketlərdən istifadə edib. Bu raketlər hətda İsrailin paytaxtı Təl-Əvivə çatmağa da qadirdir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: