Blinken Paşinyanla danışdı: Sülh yaxındır?

Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, tərəflər Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər.

Nikol Paşinyan və Entoni Blinken Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və regionda kommunikasiya əlaqələrinin açılması perspektivləri barədə fikir mübadiləsi aparıblar.