“Müharibəni buna görə uduzduq” – Xaçikyan etiraf etdi

Erməni diplomatiyası Şərqdə və Qərbdə uğursuzluğa düçar olub.

Globalinfo.az bildirir ki, bunu ABŞ-nin Stenford Universitetinin siyasi elmlər üzrə doktoru Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, Qərbə yatırım etməklə Ermənistanın hakim elitası uğursuzluğa düçar oldu. O, hakimiyyətin ölkə üçün konkret alternativ yarada bilmədiyini söyləyib:

“ABŞ böyük ehtimalla Azərbaycan və Türkiyəni dəstəkləyir. Erməni demokratiyası burada heç bir rol oynamır. ABŞ-nin İranı Cənubi Qafqaza buraxmayacağı bəyanatı bu dəstəyin göstəricisidir”.

Xaçikyan KTMT sammitinin erməni diplomatiyasının Şərqdə böyük məğlubiyyətini nümayiş etdirdiyini bildirib. O, İrəvandan fərqli olaraq Bakının həm Qərb, həm də Rusiyaya yatırım edərək hər iki tərəfdən qazandığını qeyd edib:

“Bu gün enerji razılaşmaları fonunda Rusiya Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşüb. Bununla bərabər, Azərbaycanın apardığı aktiv diplomatik fəaliyyət ona KTMT-də çox dost qazandırıb. Bakı məsələləri güc, ağıl və diplomatiya ilə həll edəndə biz klounluqla məşğul olurduq. Ona görə də onlar uddular, biz isə növbəti dəfə uduzduq”.

İlkin
Globalinfo.az