Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün səfərdə olduğu Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş zamanı gündəlikdə olan məsələlər müzakirə olunub.
Xatırladaq ki, liderlərin Qara dənizdəki vəziyyət və Rusiya–Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi də nəzərdə tutulub.
Cumhurbaşkanımız Sayın @RTErdogan, Şanghay İşbirliği Örgütü Devlet Başkanları Zirvesi nedeniyle bulunduğu Kırgızistan’ın başkenti Bişkek’te Rusya Devlet Başkanı Vladimir Putin ile görüştü. pic.twitter.com/oGVAivcWXP
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) September 1, 2026
***18:03
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində görüş keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdən əvvəl mediaya açıqlamalar veriblər.