david tonoyan 1321

“Bu mərhələdə məni sevindirən yeganə şey demarkasiyanın başlamasıdır, başqa heç nə deyə bilmərəm”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri David Tonoyan deyib.

Sabiq nazir Kərkinin Başkəndlə dəyişdirilməsi barədə müzakirələrə də münasibət bildirib:

“Məsələni məhz bu formada təqdim etmək düzgün deyil və ictimai müstəvidə bu mövzu ətrafında çoxsaylı manipulyativ yanaşmalar mövcuddur. Tərəflər arasında aparılacaq danışıqların nəticəsində müxtəlif həll variantları ortaya çıxa bilər, lakin söhbətin konkret ərazi mübadiləsindən getdiyini söyləmək üçün əsas yoxdur”.

Ermənistanın sabiq müdafiə naziri yekun qərarın strateji baxımdan düzgün olacağına ümid etdiyini vurğulayıb.

O, mübadilə və kompromislərin diplomatik danışıqların nəticəsi olduğunu vurğulayıb.

Xatırladaq ki, David Tonoyan işğal dövründə Azərbaycanı “yeni müharibə – yeni ərazilər” doktrinası ilə hədələməyə çalışmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: