bayraq 01 e1757075397859 900x561 2

Hazırda Bakıda Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Bayrağı yerində yoxdur.

Globalinfo.az xəbər verir ki, bayrağın yerindən çıxarılmasının paytaxtda müşahidə olunan küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olduğu ehtimal edilir.

Belə ki, dünən axşam saatlarından etibarən Bakıda hava kəskin dəyişib. Paytaxtda temperatur aşağı düşüb, gün ərzində ayrı-ayrı saatlarda intensiv yağış yağıb, güclü külək müşahidə olunub.

Əlverişsiz hava şəraiti nəzərə alınaraq, yüksəkdə yerləşən nəhəng bayrağın təhlükəsizlik məqsədilə müvəqqəti olaraq yerindən çıxarıldığı ehtimal edilir.

IMG 2251 2

Paylaş: