Azyaşlıya siqaret çəkdirən ataya hansı cəza veriləcək? – VİDEO

Sosial şəbəkələrdə canlı yayımda ata bir yaşlı oğluna siqaret çəkdirib.

Globalinfo.az bildirir ki, Məhəmməd Nəbilinin körpə uşağına qarşı bu addımı sosial şəbəkələrdə geniş müzakirə olunub və qınanılıb. Narazılıqlara cavab verən ata sonradan çəkib paylaşdığı videoda bildirib ki, siqareti uşağa çəkdirməyib, onun ağzından aralı tutub.

“Uşaq mənimdir, özüm bilərəm. Əziyyətlə böyüdürəm. Mənim nə etməyimin heç kimə aidiyyəti yoxdur”, – deyə Məhəmməd Nəbili bildirib.

Bəs valideynin belə hərəkətinin qanunvericilikdə hansısa cəzası varmı?

Ətraflı Baku TV-nin süjetində:

***11:38

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov APA-ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.