
İranın İsrailə raket hücumu nəticəsində 5 Ukrayna vətəndaşı həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ukrayna xidmətinə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, iyunun 14-də İranın İsrailə qarşı həyata keçirdiyi genişmiqyaslı raket hücumu zamanı Bat-Yam şəhərində yaşayış binasına raket düşüb. Hadisə nəticəsində 5 Ukrayna vətəndaşı həyatını itirib.
Ukraynanın İsraildəki səfirliyi tərəfindən verilən ilkin məlumata əsasən, ölənlərin kimliyi hələ dəqiq müəyyənləşdirilməyib. Hazırda diplomatlar və konsul əməkdaşları hadisə ilə bağlı İsrailin hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə çalışırlar.
Məlumata görə, meyitlərin Ukraynaya repatriasiyası ilə bağlı prosedurlar da başladılıb.