bina yandi

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

    Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 4 m² sahədə və 2 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***16:52

    Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada baş verən yanğın söndürülüb.

    Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    ***16:22

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

      Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

      Əlavə məlumat veriləcək.

      Paylaş: