Bu gün saat 14:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
“Çağırış ünvanına dərhal 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (qadın) tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə yerində tibbi xidmət göstərilib”, məlumatda qeyd olunub.
***16:21
Bakının Binəqdədi rayonunda binada baş verən yanğında 30 nəfər təxliyə edilib, 3 nəfər xilas olunub.
Globalinfo.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qərərargah rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Slavyan Universitetinin məcburi köçkünlərin yaşadığı yataqxanasının eyvanında yanar konstruksiyalar yanıb:
“Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır”.
***16:03
Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
***15:42
DİN Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***15:10
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş başlayıb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.