Biləsuvarda kütləvi zəhərlənmə

Biləsuvar rayonunda bu gün ərzində kütləvi dəm qazından zəhərlənmə hadisələri baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki,  hadisələr dörd fərqli ünvanda qeydə alınıb.

İlkin məlumata görə, ümumilikdə 11 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.