1686574876 leysan

İyulun 26-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, saat 16:00-a olan məlumata görə Xaçmaz, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Altıağac, Şahdağ, Qrız, Qusar (Laza), Quba, Qəbələ, Naftalan, Goranboy, Ceyrançöl, Tovuz, Tərtər, Gəncə, Ağstafa, Ceyrançöl, Ağdam, Göygöl, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Biləsuvar, Lənkəranda şimşək çaxır, arabir yağış yağır.

Lerik, Qrız, Balakən, Şəki, Göygöl, Daşkəsəndə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 33, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti qeydə alınıb.

***09:13

İyulun 26-sı saat 9:00-a olan məlumata görə Azərbaycanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 27 mm, Lerik, Astarada 22 mm, Oğuzda 17 mm, Kürdəmir, Şahdağda 15 mm, Qubada 11, Qrız, Yardımlıda 10 mm, Göyçayda 9 mm, Lənkəranda 8 mm, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, Daşkəsən, Naxçıvan, Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.

Paylaş: