Bəzi ölkələr Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

Bir sıra ərəb və Qərb ölkələrinin hakimiyyət orqanları Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərini bağlamaq qərarına gəliblər.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, onların fikrincə, bu qərara səbəb “təhlükəsizlik sahəsində təhdidlər” olub.

Məhz hansı ölkələrin Kabildəki səfirliklərinin işini dayandırmaq qərarına gəldiyini açıqlamayıb.

Qeyd edək ki, fevralın 1-də Səudiyyə Ərəbistanının Kabildəki səfirlik əməkdaşlarını Əfqanıstandan təxliyə etdiyi bildirilib.