
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan ona qarşı irəli sürülən cinsi qısnama ittihamları ilə bağlı yekunlaşan istintaq fonunda inzibati məzuniyyətə çıxıb.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, Xana qarşı ittihamlar 2024-cü ilin oktyabr ayında irəli sürülüb və BCM-in idarəedici orqanı tərəfindən aparılıb.
Bir sıra qeyri-hökumət insan hüquqları təşkilatları və BCM əməkdaşları britaniyalı hüquqşünasın istintaq müddətində səlahiyyətlərinin dayandırılmasını tələb ediblər. Lakin prokuror bütün ittihamları onu ləkələmək cəhdi adlandıraraq işinə davam edib.