Beynəlxalq Atom Enerjisi Agentliyi İranı TƏNQİD ETDİ: “Bu, qəbuledilməzdir…”

Beynəlxalq Atom Enerjisi Agentliyi İranı tənqid edib.

Globalinfo.az xəbər verir ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə məhdud əməkdaşlığa malikdir.

Bunu təşkilatın rəhbəri Rafael Qrossi Davosda keçirilən Dünya İqtisadi Forumunda jurnalistlərə müsahibəsində deyib:

“Bu, çox məyusedici bir vəziyyətdir. Biz İranda fəaliyyətimizi minimal səviyyədə davam etdiririk”, – Qrossi bildirib.

O, xüsusilə MAQATE-nin bəzi yüksək səviyyəli müfəttişlərinin mənsub olduqları millətlərə görə, komandadan  xaric edildiyini vurğulayıb:

“İran Fransa, Böyük Britaniya və ya ABŞ-ın bəyanatlarını bəyənmədiyi təqdirdə təşkilatı “cəzalandırır”. İran MAQATE-ni başqa ölkələrlə siyasi mübahisələrinin girovuna çevirir. Bu, qəbuledilməzdir və  MAQATE-yə lazımi girişin verilməsini tələb edirik”, – Rafael Qrossi  fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az