Dost ölkəyə təcili dəstək: milyardlarla dollar göndərilir

Pakistan bu ay Səudiyyə Ərəbistanından çoxmilyardlıq yardım paketi ala bilər.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Ər-Riyadın təklif etdiyi paketə ölkənin valyuta rezervlərini artıracaq depozitlər və ödənişi üçün möhlət veriləcək neft daxil ediləcək.

Ümumilikdə yardım paketinin 4 milyard dollar olacağı gözlənilir.

Qeyd edək ki, Pakistan iqtisadiyyatı ödəniş balansı böhranı üz-üzə qalıb. Ölkənin Mərkəzi Bankının rezervləri 6,7 milyard dollara qədər azalıb ki, bu da İslamabad üçün heç də yaxşı gələcək vəd etmir.

Gülnar Səlimova
Globalinfo.az