“Beşiktaş”ın sabiq futbolçusuna Ermənistanda vəzifə verilə bilər

Ermənistan Futbol Federasiyası prezidentliyi üçün keçiriləcək seçkilərdə iki namizəd var.

Globalinfo.az xəbər verir ki, erməni mediası hazırkı prezident Armen Melikbekyan və Hollandiyanın “Ayaks”, Rusiyanın “Spartak”, Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Araz Özbilisin əsas namizədlər olduğunu yazıb.

İddia edilir ki, hazırkı federasiya rəhbərliyi millinin keçmiş və indiki futbolçularının Arasa dəstək olacaqlarından ehtiyat edirlər. Qurum bu ehtimalı nəzərə alaraq hərəkətə keçib və prosesə mane olmağa çalışır.

Yerli liqada çıxış edən klubların sahiblərindən bəzirləri də hazırkı prezidentin seçilməsi üçün kampaniya aparırlar.

Erməni mediası Armen Melikbekyanın növbəti dəfə seçiləcəyi təqdirdə yığmanın biabırçı nəticələr alacağını yazır.

Tamerlan Yayaqan
Globalinfo.az