Türkiyənin “Beşiktaş” klubu braziliyalı futbolçu Anjelo Qabrieli transfer edib.
Globalinfo.az xəbər verir ki, bu barədə klub rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, “Çelsi”nin 19 yaşlı oyunçusu icarə əsasında “Beşiktaş”a gələcək, lakin razılığa uyğun olaraq 12 milyon avroluq satınalma gerçəkləşə bilər.
Qeyd edək ki, A.Qabrieli 15 yaşında “Santos”un əsas komandasında debüt edərək Braziliya tarixinin ən gənc futbolçusu olub. O bu baxımdan “futbolun kralı” Pelenin rekordunu qırıb.
Əliyar Xəlil
Globalinfo.az