esedddd 900x600 1

Suriya məhkəməsi ölkənin devrilmiş sabiq prezidenti Bəşər Əsəd barəsində ölüm hökmü çıxarıb.

Globalinfo.az xəbər verir ki, Dəməşqdə keçirilən məhkəmə prosesində Əsəd insanlığa qarşı cinayətlər və müharibə cinayətlərində təqsirli bilinib.

Qərar onun ölkədən qaçaraq Rusiyaya sığınması səbəbindən qiyabi elan edilib.

Eyni qərar Əsədin qardaşı Mahir Əsəd və qohumu Atif Nəcib barəsində də qəbul olunub. Atif Nəcib məhkəmə prosesində şəxsən iştirak edib.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında müxalif qüvvələrin Dəməşqi ələ keçirməsindən sonra hakimiyyətdən devrilib və ailəsi ilə birlikdə Suriyanı tərk edərək Rusiyaya gedib.

Paylaş: