Belarus xarici işlər naziri Maksim Rıjenkov Latviyanın Belarusla sərhədin bağlanması qərarını tənqid edib.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə “Belarus-1” telekanalına açıqlamasında bildirib.
O deyib ki, Riqanın bu addımının əsas məqsədlərindən biri Avropa İttifaqından qanunsuz miqrasiya ilə mübarizə adı altında əlavə maliyyə əldə etməkdir:
“Latviya sərhəddə gərginlik görüntüsü yaratmaqla İttifaqın büdcəsindən əlavə vəsait almağa və siyasi dividendlər qazanmağa çalışır”.
Belarus XİN rəhbəri həmçinin ölkəsindən qaynaqlanan qanunsuz miqrasiya təhlükəsinin şişirdildiyini bildirib. Onun sözlərinə görə, bu problemin yaranmasında Belarus vətəndaşlarının məsuliyyəti yoxdur.
Tahir Turan
Globalinfo.az