Berlində İran əleyhinə keçirilən aksiyadan vacib detallar – VİDEO

Mayın 20-də Almaniyanın paytaxtı Berlin şəhərində Güney Azərbaycan Ümumavropa Yürüşü keçirilib. Yürüşdə İran rejiminin təqiblərindən didərgin düşmüş güneylilər iştirak edib. Aksiyaya İranda yaşayan müxtəlif xalqların nümayəndələri qatılıb.

Aksiyada iştirak edən azərbaycanlıların Globalinfo.az-a verdikləri məlumata görə, yürüş möhtəşəm keçib. Tədbiri saytımıza dəyərləndirən soydaşlarımız bildiriblər ki, aksiyanın möhtəşəmliyi və fərqliliyi bundan ibarət idi ki, İranda yaşayan müxtəlif xalqların nümayəndələri iştirak edirdilər. Aksiyada İranda yaşayan Qaşqay türkləri, bəlluclar, türkmənlər, ərəblər və s. xalqların nümayəndələri olublar. Onlar aksiyaya öz bayraqları ilə qatılıblar.

Yürüşdə diqqət çəkən məqamlardan biri isə İngiltərədən olan tanınmış jurnalist Neil Vatsonun iştirak olub. O, Britaniya bayrağını qaldıraraq aksiyaçılarla birlikdə küçədə irəliləyib. Neil Vatson aksiyada çıxış edib. Nitqinin sonunda ingiliscə bu şüarı səsləndirib: “Tabriz is Azerbaijan”.

Aksiyaya Londonda yaşayan məşhur vokalçı Fərhad Nishat da qatılıb. İfa etdiyi əsərlərlə iştirakçıları coşdurub.

Ayşən Mustafa
Globalinfo.az