“Belə əlamətdar gündə məğlub ola bilməzdik” – Mikayıl Cabbarov

“Xorvatiyada keçirilən Avropa çempionatına 2 qardaş ölkə öz imzasını atdı. Sərbəst güləş üzrə yarışlarda komanda hesabında Azərbaycan 1-ci, Türkiyə 3-cü yeri tutdu. Yunan-Roma güləşi üzrə yarışlarda isə Türkiyə 1-ci, Azərbaycan 2-ci oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik! Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazandı”-deyə, o, bildirib.