Dünyada inqilabi vəziyyət yarandı – Belarus elan etdi

“Qərb artıq öz iradəsini tətbiq edə və Qlobal Cənuba təzyiq edə bilməyəndə dünyada inqilabi vəziyyət yetişir.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik deyib.

Nazir qeyd edib ki, Qlobal Cənub ölkələrinin əksəriyyəti artıq neokolonial zülm altında qalmaq istəmir və öz milli maraqları çərçivəsində fəaliyyət göstərir və bu, BRİKS və ŞƏT kimi assosiasiyaların güclənməsini labüd edir .

“Qlobal koalisiya hamımızın səy göstərməli olduğu şeydir. Təəssüf ki, bu gün belə bir qlobal koalisiya mövcud deyil”, – deyən Aleynik BMT-nin qlobal həmrəylik və etimadın bərpasına doğru irəliləyəcəyinə ümid etdiyini bildirib.

Belarus Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirmişdi ki, sanksiya siyasəti bəşəriyyətin təhlükəsizliyini təhdid edir və neokolonializmin bir formasını təmsil edir.