Vaşinqton danışıqlarında Azərbaycan eksklavlar məsələsinin həllini tələb edir.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.
“Mənbəmiz bildirir ki, həm Ermənistan, həm də Azərbaycanı münasibətlərin normallaşması haqqında razılaşmanı imzalamağa məcbur edirlər. Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, əvəzində oradakı ermənilər üçün təhlükəsizlik zəmanəti istəyib. Azərbaycan tərəfi anklav və eksklavların həllini tələb edib, lakin bu məsələ həllini tapmayıb”, – qəzet yazıb.
Qeyd edək ki, Ermənistanla Azərbaycan XİN rəhbərləri arasında danışıqlar artıq 4 gündür davam edir. Dünən hər iki nazir ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb. Görüşdən sonra məlumat yayan Sallivan danışıqları yüksək qiymətləndirib və razı qaldığını açıqlayıb.
İlkin Həsənov
Globalinfo.az