zelzele

Kamçatkanın şərq sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzi məlumat yayıb.

“Zəlzələ avqustun 27-də Kamçatka vaxtı ilə saat 15:49-da qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 276 kilometr aralıda, ocağı isə 66,8 kilometr dərinlikdə yerləşib. Kamçatkanın məskunlaşdığı ərazilərdə yeraltı təkanlar 3 bala qədər intensivliyə çatıb”, – deyə bildirilib.

Qeyd edək ki, iyulun 30-da Kamçatka sahillərində 8,8 bal gücündə güclü zəlzələ baş vermişdi. Bu, 1952-ci ildən bəri regionda ən güclü seysmik hadisə idi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: