Baydendən İrana MESAJ: “Bunu etməyin”

“İranın İsrailə cavab olaraq hərbi güc tətbiq etmək niyyəti baş tutmayacaq. Belə ki, Tehran buna nail olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib.

“Biz İsraili dəstəkləyəcəyik, onu müdafiə edəcəyik. İran isə uğur qazana bilməyəcək”, Bayden vurğulayıb.

Eyni zamanda Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. Bayden İrana “Bunu etməyin” deyə mesaj göndərib.

Əliyar Xəlil
Globalinfo.az