Bayden Yeni ili harada qarşılayacaq?

ABŞ Prezidenti Co Baydenin Milad və Yeni il bayramlarını harada qeyd edəcəyi açıqlanıb.  

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.

Dövlət başçısı Milad bayramını Kemp-Deviddə (Merilend ştatı), Yeni ili isə Karib dənizində yerləşən Santa-Krus adasında qarşılayacaq.

Qeyd edək ki, ABŞ-də Milad bayramı dekabrın 25-də qeyd olunur. Bayden ötən Yeni ili də Santa-Krusda qarşılamışdı.