Seçki ərəfəsində ABŞ Prezidenti Co Bayden administrasiyası ilə vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasının komandaları arasında fikir ayrılıqları məlum olub.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Baydenin komandası Harrisin noyabr seçkilərində qalib gəlməsinə kömək etmək istəyir, lakin prezidentin ətrafının çoxu onun yenidən seçilməkdən imtina etmək məcburiyyətində qalmasından narazıdır.
Ağ Evdə bəzi administrasiya işçilərinin Harrisin seçki qərargahına köçürülməsinə narazı olanlar var.