Bayden Trampın imzaladığı qərarı ləğv etdi

ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq üçün üç il əvvəl tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bununla bağlı qərar imzalayıb.

Məlumat üçün bildirək ki, fövqəladə vəziyyət 2020-ci ildə koronavirus pandemiyası fonunda 45-ci prezident Donald Tramp tərəfindən tətbiq edilib. Daha sonra Bayden fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.

Qeyd edək ki, ABŞ-da pandemiya dövründə 104 milyon insanda koronavirus infeksiyası aşkar edilib, 1,1 milyon insan dünyasını dəyişib.