verloving rob jetten bijna mislukt

NATO sammiti çərçivəsində Türkiyəyə səfər edən Hollandiyanın Baş naziri Rob Jettenin nişanlısının Ankaraya gəlməməsi beynəlxalq medianın diqqətini cəlb edib.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, açıq şəkildə homoseksual olduğunu bəyan edən ilk Hollandiya Baş naziri Rob Jetten Esenboğa Hava Limanında Türkiyə rəsmiləri tərəfindən qarşılanıb. Lakin onun argentinalı xokkeyçi olan nişanlısı Nikolas Kinan rəsmi səfərdə iştirak etməyib.

Avropa mediasının yazdığına görə, bu qərarın Türkiyədə keçirilən sammit zamanı yarana biləcək siyasi və dini həssaslıqlarla əlaqəli olduğu iddia edilir.

Qeyd edək ki, bəzi dövlət və hökumət başçıları NATO sammitinə həyat yoldaşları və ya partnyorları ilə qatılsalar da, Rob Jetten Ankaraya tək səfər edib. Onu Esenboğa Hava Limanında Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Göktaş qarşılayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: