Baş nazir AÇIQLADI: İsveç Latviyaya qoşun yeridəcək

“İsveç NATO-nun şərq cinahını gücləndirmək məqsədi ilə Latviyada hərbi kontingent yerləşdirmək niyyətindədir. Baxmayaraq ki, Stokholm hələ Alyansın tamhüquqlu üzvü deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, İsveç silahlı kontingenti 2025-ci ildən Latviyada yerləşdiriləcək. Hökumətin məqsədi  Latviyada mövcud olan və  Kanadanın rəhbərlik etdiyi qüvvələrin tərkibində batalyon kimi iştirak etməkdir.

İsveç mediası hərbi mənbələrə istinadən yazır ki, kontingentin tərkibinə zirehli personal daşıyıcıları, “CV 90” döyüş maşınları və “Leopard” tankları daxil olacaq.

Əliyar Xəlil,

Globalinfo.az