“Karlsrue”nin 19 yaşlı hücumçusu Lue Ben Farhat atasının qadağası səbəbindən 2026-cı il dünya çempionatında iştirak etməyəcək.
Globalinfo.az publika-ya istinadən xəbər verir ki, bu barədə “Foot Africa” məlumat yayıb.
Dünən Tunis millisinin baş məşqçisi Sabri Lyamuşi 2026-cı il dünya çempionatı üçün heyəti açıqlayıb. Ben Fərhatın adı siyahıya daxil edilməyib.
Lyamuşi 19 yaşlı hücumçunu turnirə çağırmağı planlaşdırsa da, Ben Fərhat oynamaqdan imtina edib.
Məsələ burasındadır ki, oyunçunun atası hücumçunun turnirə hazır olmadığına və 2026-cı il Dünya Kubokunda iştirakının onun transfer bazarındakı cəlbediciliyini azaldacağına qərar verib.
“Ben Fərhatın atasından telefon zəngi aldım. O, onu heyətə daxil etmək üçün hələ tez olduğunu dedi. Mən şoka düşdüm. Luenin özünə zəng etdim, amma o, cavab vermədi. Atasına da zəng etdim, amma o da cavab vermədi. Bu hörmətsizlikdir. Məsələ bağlandı”, – Lyamuşi deyib.
Bu mövsüm Ben Fərhat Almaniyanın ikinci Bundesliqasında “Karlsruher” klubunda 19 oyunda 6ı qol vurub. Mart ayında o, Tunis millisində debüt edib və iki yoldaşlıq oyununda meydana çıxıb