Bakıya qarşı kritik danışıqlar başladı: Paşinyan onu təcili Parisə göndərdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paris səfəri çərçivəsində Fransa prezidentinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dyumonla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.

Məlumata görə, iclasa Fransa tərəfindən Xarici İşlər Nazirliyinin kontinental Avropa idarəsinin rəhbəri Frederik Mondolini, Müdafiə Nazirliyinin Strateji Planlaşdırma İdarəsinin sədr müavini Kristof Lyuk və Minsk Qrupunun həmsədri Bris Rokfey də qatılıb. Görüşdə əsas müzakirə mövzusu beynəlxalq və regional təhlükəsizlik məsələləri olub.

Qriqoryan Ermənistanın Cənubi Qafqazda təhlükəsizliyin təmini üçün fəaliyyət göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan liderləri arasında planlaşdırılan görüş baş tutmayıb. Buna səbəb Ermənistan tərəfinin görüşün üçtərəfli yox, Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilməsini istəməsi olub. Rəsmi Bakı bu təklifi rədd edib.

İlkin
Globalinfo.az