Bakının 60 ilini bu günə bağlayan körpünün son halı – VİDEO

Mayın 20-də Bakının Xətai rayonunda Cavanşir körpüsündə başlamış söküntü işləri davam edir.

Qeyd edək ki, Cavanşir körpüsü 1962-ci ildə memar Əliş Ləmbəranskinin layihəsi əsasında tikilib.

Söküntü işləri ilə əlaqədar Afiyəddin Cəlilov-Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi-mərkəz istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bundan başqa, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.

Globalinfo.az Cavanşir körpüsündə söküntü işləri ilə bağlı son görüntüləri təqdim edir:

Zaira Akifqızı
Globalinfo.az