Bakının mərkəzi hissəsində yol bağlandı – FOTO

Bakının mərkəzi hissəsində yol təmirə görə bağlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Azadlıq prospekti 34 ünvanında yolun asfalt hissəsi yenilənir.

 

Bununla əlaqədar həmin ünvanda və ora ilə kəsişən yollarda avtomobillərin hərəkəti dayandırılıb. Təmir işləri bu gün səhər saatlarından başlanıb.