Bakının bu rayonu susuz qaldı – Səbəb

Bakının Yasamal rayonu Beşmərtəbə adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, bu, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.