20 Yanvardan Sumqayıt istiqamətində nəqliyyatın hərəkəti dayanıb. Belə ki, sözügedən istiqamətdə böyük tıxac yaranıb.
Globalinfo.az xəbər verir ki, sürücülər yaranmış sıxlığı həftənin cümə günü olması ilə əlaqələndirirlər.
Bildirilir ki, həftəsonu ilə əlaqədar bir çox şəxsin bağ evlərinə, dənizə və rayonlara üz tutması həmin istiqamətdə nəqliyyat sıxlığını artırıb.
Bəzi maşınlar iki saatdan artıqdır ki, tıxacda qalıb.
