putin andicme 1

“Azərbaycanın Rusiyaya səfir təyin etdiyi Rəhman Mustafayev etimadnaməsini bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib. Maraqlıdır ki, bir neçə gün əvvəl Ermənistanın Rusiyaya yeni təyin olunan səfiri də etimadnaməsini ona vermişdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin erməni səfir Qurgen Arsenyanın etimadnaməsini şəxsən qəbul etməməsi müzakirələrə səbəb olmuşdu:

“Azərbaycan səfirinin etimadnaməsini isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov şəxsən qəbul etmədi. Halbuki Rəhman Mustafayevlə Lavrov arasında ikitərəfli görüş baş tutdu. Moskvanın Bakıya mövqeyi birmənalı deyil, bizə sözdə müttəfiq deyilir. Məsələn, Rusiya prezidenti  Azərbaycanın səfirinin etimadnaməsini şəxsən qəbul edə bilərdi. Görünür, Ermənistanın xətrinə dəyməmək üçün Qaluzin səviyyədə bu proses baş tutdu.

Bir dövlətin digərinə münasibəti protokol qaydalarında məlum olur. Rusiyanın Azərbaycana təyin edilən səfirlərinin etimadnaməsi Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilir. Eyni rəftarı bizim səfirlərimizə qarşı da gözləyirdik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: